İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 7 regionuna DƏHŞƏTLİ HÜCUM: Zavod və hərbi hissə VURULDU – CANLIda

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 82 ədəd PUA vurub. u barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Azov dənizi üzərində 31, Krımda 11, Rostovda 10, Krasnodarda 9, Qara dəniz üzərində 8, Volqoqradda 7, Belqorodda 4, Kursk və Orlov vilayətlərində 1 PUA zərərsizləşdirilib.

Avqustun 7-nə keçən gecə Ukraynanın PUA hücumu nəticəsində Krasnodar diyarının Afipski kəndindəki neft emalı zavodunun ərazisində yanğın baş verib.

Bu barədə regionun operativ qərargahı məlumat yayıb. Hücum nəticəsində neft emalı zavodunda qaz və qaz kondensatının birgə emalı üçün texnoloji qurğu yanıb. Yanğın yalnız səhər saatlarında söndürülüb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin verdiyi məlumata görə, Slavyansk-Kubanda vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində bir nəfər sakin xəsarət alıb.

Bundan başqa, Slavyansk-Kubandakı 61661 hərbi hissədə də yanğın baş verib.

Novorossiysk şəhərinə isə suüstü dronlar vasitəsilə hücumlar edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bütün hücumlar dəf edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gecə Ukraynaya məxsus 82 dronun vurulduğu bildirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR