İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti Rusiya və İsraillə bağlı hesabatlardan tənqid qeydləri çıxarıb

ABŞ prezident administrasiyası Rusiya, İsrail və Salvadorda insan haqlarının pozulması ilə bağlı hesabatları qısaldıb, bu ölkələrin hakimiyyət orqanlarının tənqidlərini yumşaldıb.

Musavat.com xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

Nəşrin yazdığına görə, ABŞ Dövlət Departamentinin Rusiya, İsrail və Salvadorla bağlı yeni hesabatlarının layihələrinin əvvəlki illərlə müqayisədə daha qısa və yumşaqdır. Söhbət insan haqlarının vəziyyəti ilə bağlı 1970-ci illərin sonlarından bəri tərtib edilən illik hesabatlardan gedir. Məhkəmələr və beynəlxalq təşkilatlar bu sənədlərdən tez-tez istifadə edir.

Nəşrin məlumatına görə, məhbuslara işgəncə, korrupsiya, LGBTQ+-ya qarşı ayrı-seçkilik və digər pozuntularla bağlı bölmələr layihələrdən çıxarılıb və ya yumşaldılıb. Dəyişikliklər 2024-cü il üçün hesabatlara təsir edib.

Ağ Evdəki mənbə izah edib ki, mətn “oxumaq asanlığı” üçün qısaldılıb. Bununla belə, The Washington Post qeyd edir ki, üç ölkə üzrə nəticələr əvvəlki versiyalarla müqayisədə nəzərəçarpacaq dərəcədə az sərtləşib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR