Onlayn ictimai-siyasi qəzet
“Trampın xüsusi nümayəndəsi Uitkoffun Moskva səfəri müsbət nəticələnib. Yaxın günlərdə Tramp və Putinin görüşünün baş tutacağı elan olunub. Sabah, 8 avqustda isə Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri Trampla görüşəcək. Beləliklə, dünyanın, o cümlədən Cənubi Qafqazın bundan sonrakı 100 illik taleyi Moskva-Vaşinqton arasındakı siyasi treklə müəyyən olunur”.
Musavat.com xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib:
“Taleh dediyimiz seçimlərimiz və qərarlarımızın nəticəsidir. Ölkə barədə doğru qərar vermək isə dərin geosiyasət ağlı, siyasi qrosmeysterlik tələb edir. Bu qərarların nəticəsidir ki, İlham Əliyev Azərbaycana suverenliyini, ərazi bütövlüyünü geri qazandırdı, Böyük Qayıdışı gerçəkləşdirdi, Zəngəzur dəhlizi açılmaq üzrədir, Qərblə əməkdaşlığı Rusiya və İran ilə münasibətlərə qurban vermədən yeni regional geosiyasət inşa edilir, Mərkəzi Asiyanın Türk dövlətləri ilə yeni inkişaf mərhələsinə qaldırılan münasibətlər Türk Dünyası yolunda yeni qapılar açır.
Tramp dünya üzrə bir sıra münaqişələri həll edə bildiyinə (?! hələ ki həll etməyə çalışır) görə Nobel Sülh Mükafatına namizəd olaraq təqdim olunur. Əslində Cənubi Qafqazda sülhün qurucusu, yeni regional əməkdaşlıq modellərinin ideya müəllifi, qlobal transformasiyalara yol açan layihələrin reallaşdırılmasında vasitəçi güc məhz Azərbaycan lideridir. Odur ki, regional sülh təmin olunduqdan sonra Nobel Mükafatı da almağa əsl namizəd odur”.
Cavanşir ABBASLI
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ