Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər Ukraynada vəziyyətin nizamlanması üçün aparılan danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu gün Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında görüşün hazırlandığını və yaxın vaxtlarda baş tutacağını açıqlayıb. Prezidentin köməkçisi Yuri Uşakov danışıqların yerini açıqlamayıb.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ