İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Tramp və Putinlə üçtərəfli görüş təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməyi təklif edib.

Musavat.com
xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Zelenskinin təşəbbüsü regionda sülhə nail olmaq və gərginliyi azaltmaq məqsədi daşıyır. Hələlik nə Kreml, nə də Vaşinqton bu təklifə rəsmi cavab verməyib.

Ekspertlər bu təşəbbüsün mümkün diplomatik dönüş nöqtəsi ola biləcəyini bildirirlər. Görüş baş tutarsa, bu, Ukrayna müharibəsinin gedişinə ciddi təsir göstərə biləcək nadir format sayılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR