Onlayn ictimai-siyasi qəzet
Pekin Rusiya neftini idxal etməyə davam edərsə, ABŞ-dan yüksək rüsumlar tətbiq oluna bilər.
Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın maliyyə naziri Scott Bessent çıxış edib. Reuters-in məlumatına görə, ABŞ və Çin arasında ticarət danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında Bessent bildirib ki, o, Vaşinqtonun Rusiyaya 15 milyard dollardan çox dəyərində ikili təyinatlı malların tədarükü, eləcə də İran neftinin idxalı ilə bağlı narahatlığını Çin tərəfinə çatdırıb.
Nazir qeyd edib ki, Konqresin Trampa sanksiya tətbiq olunan Rusiya neftini alan ölkələrə 500 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verən qanunu qəbul etməsi ABŞ-ın müttəfiqlərini Rusiyanın enerji gəlirlərini azaltmaq üçün oxşar tədbirlər görməyə təşviq edəcək: “Ona görə də mən hesab edirəm ki, sanksiyalara məruz qalan Rusiya neftini alan hər kəs buna hazır olmalıdır”. Onun sözlərinə görə, Çin rəsmiləri cavab veriblər ki, Çin suveren dövlətdir və onlar öz enerji siyasətlərinə davam edəcəklər. Bessent əlavə etdi: "Onlar suverenliyə çox ciddi yanaşırlar. Biz buna qarışmaq istəmirik, ona görə də razılaşdılar ki, 100 faizlik rüsumları ödəməyə hazırdırlar". Bundan əlavə, amerikalı nazir Çin Baş nazirinin müavini He Lifenqə xəbərdarlıq edib ki, Rusiyaya hərbi istehsalda istifadə oluna biləcək malların gələcək tədarükü Pekinin Avropa ilə münasibətlərinə mənfi təsir göstərə bilər: “Mən onlara qeyd etdim ki, bu, onların Avropadakı imicinə çox xələl gətirir, çünki onlar Avropa sərhəddində müharibəni təşviq edirlər”.
Musavat.com
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ