İnsanlara hürriyət, millətlərə istiqlal!

4 metrlik sunami qeydə alındı – zəlzələ dağıntılara səbəb oldu

Musavat.com xəbər verir ki, Kamçatkanın Yelizovski rayonunda baş verən güclü zəlzələ nəticəsində Vodopadnaya meteoroloji stansiyası yaxınlığında hündürlüyü 3-4 metr olan sunami dalğası qeydə alınıb. Bu barədə Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.

Güclü yeraltı təkanlar zamanı əhali təşvişə düşüb. Şahidlərin sözlərinə görə, evlərdə mebellər silkələnib, məişət texnikası yerə düşüb, avtomobillərin siqnalizasiyası işə düşüb. 

Zəlzələ nəticəsində 15 saylı uşaq bağçasının fasad hissəsi uçub. Bağçada təmir işləri getdiyi üçün içəridə uşaq olmayıb, işçilər isə vaxtında binanı tərk ediblər.

Yelizovo hava limanında 6 reys gecikib, terminal binasında tavan panelləri və avadanlıqlar zədələnib. Petropavlovsk-Kamçatski şəhərində yol tıxacları yaranıb, fövqəladə xidmətlər gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, Kamçatkada 8-7.5 bal gücündə zəlzələ olub. Seysmik aktivlikdən sonra Alyaska və Havay adalarında da sunami təhlükəsi elan olunub. Hazırda zəlzələnin nəticələri və mümkün təkanların davam etməsi ilə bağlı müşahidələr davam etdirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR