Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ABŞ və Ukraynanın tam və qeyd-şərtsiz atəşkəs təkliflərini artıq 50 gündən çoxdur ki, cavabsız qoyduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Zelenski bu barədə çıxışında danışaraq Rusiyanın diplomatik həll variantlarını bilərəkdən görməzlikdən gəldiyini bildirib.
“Biz tərəfdən də təkliflər olub – azı mülki infrastrukturun vurulmasından imtina, hava, dəniz və quruda uzunmüddətli sakitlik. Lakin Rusiya bütün bunlara yeni artilleriya hücumları və şturmlarla cavab verir”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri hesab edir ki, yalnız sərt sanksiyalar, güclü müdafiə və möhkəmləndirilmiş hava hücumundan müdafiə sistemi Rusiyanı bu aqressiv siyasətindən çəkindirməyə məcbur edə bilər.
“Beynəlxalq sanksiyalar nə qədər effektiv tətbiq olunarsa, Rusiya üçün müharibəni dayandırmaq bir o qədər məntiqli və qaçılmaz görünəcək. Müdafiə xətlərimiz və hava hücumundan müdafiəmiz nə qədər möhkəm olarsa, bir o qədər çox insan həyatını xilas edə bilərik. Və bir o qədər tez uzunmüddətli təhlükəsizlik təmin edilə bilər”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ