İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski QƏRARINI VERDİ - Medvedçukun aqibəti bəlli oldu

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Medvedçuk və digər 3 ukraynalı siyasətçi barəsində qərar verib.

Musavat.com xəbər verir ki, Zelenski rusiyayönlü müxalifət siyasətçiləri Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukun vətəndaşlıqdan çıxarıldığını açıqlayıb.

Bu istiqamətdə fərman imzalayan Zelenski açıqlamasında deyib:

63be9e024e3fe02a78e33359.jpg (65 KB)

Viktor Medvedçuk

“Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış materiallar əsasında dörd nəfərin vətəndaşlıqdan məhrum edilməsi barədə qərarı təsdiqlədim. Bunlar Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukdur. Əgər xalqın seçdiyi insanlar Ukrayna xalqına deyil, ölkəmizə gələn qatillərə xidmət edərsə, o zaman bizim qərarlarımız yerinə yetiriləcək. Bu, veriləcək son qərar deyil".

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra rusiyayönlü ukraynalı siyasətçi Viktor Medvedçuk ötən ilin aprelində vətənə xəyanət ittihamı ilə Ukrayna kəşfiyyatı tərəfindən saxlanıb. O, ötən ilin sentyabrında Türkiyənin Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinə vasitəçilik etmək səylərindən sonra Rusiyaya göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR