İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Parisdə

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Parisə səfər edib.

Musavat.com xəbər verir ki, o, bir sıra görüşlər keçirməyi planlaşdırır.

Görüşlər çərçivəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronla Yelisey sarayında müzakirələr nəzərdə tutulub.

Axşam saatlarında isə 40-dək ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Parisin Notr-Dam kilsəsinin yanğından sonra bərpa olunmuş binasının açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili və Ermənistanın baş naziri Nikol Paşinyan da Parisə səfər ediblər.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR