İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Parisdə Makron və Şoltsla görüşüb

Fransanın paytaxtı Parisdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla görüşüb.

“Report” BFM TV-yə istinadən xəbər verir ki, görüşdən sonra ölkə liderləri mətbuata açıqlama veriblər.

“Biz Ukraynanın tərəfindəyik, onu qələbəyə qədər müşayiət etmək əzmindəyik”, - Fransanın dövlət başçısı bildirib.

Zelenski isə Almaniya və Fransa liderlərinə müraciət edərək ölkəsinə silah lazım olduğunu xatırladıb.

E.Makron isə cavabında Fransa və Avropa İttifaqının Ukraynaya silah tədarükündə səylərini davam etdirmək niyyətində olduqlarını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR