Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin tətbiqinin yolverilməzliyi” ilə bağlı bəyanatlara qoşulmayıb.
Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, bu məsələ ilə bağlı ermənilərin “Respublika meydanı” telegram kanalında analitik yazı dərc olunub.
Yazıda qeyd edilir ki, Paşinyan və komandası Rusiyaya Ermənistan-Rusiya münasibətlərində bir çox məsələlərin yarandığı mesajını verir. Bundan əlavə, Paşinyan Qərbə Ermənistanın lazım gələrsə, Avrasiya inteqrasiya proseslərini boykot edəcəyini göstərmək istəyir. Avrasiya inteqrasiyası və onun çərçivəsində bir çox proqramların həyata keçirilməsi Rusiyanın enerji, nəqliyyat, investisiya və humanitar məsələlər sahəsində xarici siyasətinin prioritetlərindən biridir. Paşinyan bu təşkilat çərçivəsində müəyyən sənədlərin imzalanmasını boykot etməklə, Ermənistanı Qərbin “Troya atı”na çevirmək istəyir".
Yazıda həmçinin bildirilir ki, Paşinyan öz hakimiyyətini saxlamaq üçün anti-Rusiya siyasətini Qərbə baha qiymətə satmağa çalışır. Baş nazir üçün xarici siyasət, öz hakimiyyətini saxlamağa yönəlmiş tədbirlər zənciridir: bu gün o, rusiyapərəstdir, sabah isə qərbyönlüdür".
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ