Onlayn ictimai-siyasi qəzet
“Keşiş Baqratın rəhbərlik etdiyi müxalif hərəkat artıq eyni miqyasda olmasa da, on minlərlə insan etirazlarda iştirak etməsə də, küçə fəaliyyəti hələ də hakimiyyəti narahat edir. Onlar lupalardan istifadə edərək, hərəkatı dəstəkləyən iş adamlarını axtarıb tapmaqla məşğuldurlar".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.
Qəzetin iddiasına görə, hökumət bu məqsədlə təhlükəsizlik qüvvələri və vergi orqanlarını prosesə cəlb edib. Məsələn, bir müddət əvvəl hərəkatın liderlərindən birinin qardaşı, deputat Qarnik Danielyanın şirkətində axtarış aparılıb. Danielyan bu faktı təkzib etməsə də, təfərrüatları açıqlamaq istəməyib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ