İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski özü istəsə belə Qərb onun seçkilər keçirməsinə imkan verməyəcək” – Politoloq  

 

“Bir neçə gün öncə Ukrayna prezidenti Zelenskinin seçkilərlə bağlı çıxışı bəziləri üçün gözlənilməz oldu, çünki onlar seçkilərin təxirə salınacağı haqda düşünmürdülər və hesab edirdilər ki, artıq 2024-cü il seçkilərinə hazırlaşmaq lazımdır. Amma əslində, bütün ölkələrdə mövcud qaydalara görə də müharibə, hərbi əməliyyatlar zamanı seçkilər keçirilmir və hazırda Ukraynadakı mövcud vəziyyət də buna gətirib çıxarır”.

Bu sözləri Musavat.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki,  hazırda Zelenski özü istəsə belə Qərb onun seçkilər keçirməsinə imkan verməyəcək:

“Burada xüsusilə xatırlatmaq istəyirəm ki, seçkilərlə bağlı bəyanatın verilməsi heç də təsadüfi deyildi. Ukrayna prezidenti Zelenskinin bu bəyanatı Rusiya tərəfinin Ukraynada prezidentliyə namizədlərlə bağlı çıxışlarından sonra ortaya çıxdı.

Xatırladım ki, Rusiya KİV-ləri tərəfindən belə bir məlumat sızdırıldı ki, guya Ukraynada bəzi generallar, hansılar ki bu gün nazir postunu daşıyır, onlar gələcəkdə Zelenskini hakimiyyətdən salacaq, bundan sonra özləri prezident ola və yaxud siyasi sistemi ələ ala bilərlər. Etiraf etmək lazımdır ki, bu psixoloji informasiyalar Ukrayna prezidentinə bu və digər şəkildə təsir edə bilər, çünki müharibə vaxtı generalların nüfuzu, gücü daha da genişlənir. Şahidi də olduq ki, Ukrayna prezidenti məhz bu informasiyalardan sonra belə bir bəyanat yaydı.

Əlbəttə ki, yaxın illərdə həm Rusiyada, Ukraynada, həm də Amerikada prezident seçkiləri keçiriləcək. Bu isə o deməkdir ki, seçkilər öncəsi və yaxud seçkilər keçirilməsə belə bu ərəfədə qalibiyyət lazımdır".

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin müharibədən sonra keçiriləcəyi açıqlanıb. “Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra keçirilə bilər”, deyə hakim Xalqın Xidmətçisi Partiyasının sədri Yelena Şulyak bildirib. Yelena Şulyak deyib ki, hazırda deputatlar qanunvericiliyə müharibədən sonra ilk seçkilərin keçirilməsinə dair dəyişiklik hazırlayırlar.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR