İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski İtaliya Baş naziri ilə Ukraynaya HHM sistemlərinin verilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corciya Meloni ilə danışıqlar aparıb.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının teleqram kanalında məlumat verilib.

Müzakirə mövzularından biri Ukrayna hərbçiləri üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü olub.

“Həmrəyliyə və “Ukraynaya hərtərəfli dəstəyə görə Corciya Meloniyə təşəkkür etdim. İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını alqışladım. Corciya Meloni Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsinə baxılacağını açıqladı. “Sülh formulu”nu müzakirə etdik”, - V.Zelenski qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR