İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski hazırda cəbhədə ən ağır vəziyyətin harada olduğunu deyib

Ukrayna prezidenti Vladimir Zelenski hazırkı vəziyətdə Ukraynanın hansı bölgələrində cəbhədəki vəziyyətin daha ağır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

“Cəbhədə vəziyyət çox ağır olaraq qalır. Əvvəlki həftələrdə olduğu kimi biz bunu əsasən Donetsk vilayətində müşahidə edirik”, - deyə o, videomüraciətində bildirib.

Zelenski cəbhədə göstərdikləri şücaətə və mətinliyə görə Ukrayna hərbçilərinə təşəkkür edib.

“Biz müdafiəmizi gücləndirmək üçün mümkün olan hər şeyi edirik və edəcəyik. Biz Rusiyanı apardığı terror müharibəsinə görə məsuliyyətə cəlb etmək üçün hər şeyi edirik və edəcəyik. ...Bu nəticələrin əldə olunması üçün həftə ərzində mühüm addımlar atılacaq”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı qüvvələri Rusiya ordusunun cəbhədəki itkiləri barədə yeni məlumatları açıqlayıb.

Fevralın 24-dən noyabrın 28-dək Rusiyanın ümumi döyüş itkiləri təxminən belədir:

Şəxsi heyət - təxminən 87900 (+590) nəfər

tanklar - 2908 (+3) ədəd,

zirehli döyüş maşınları - 5861 (+5) ədəd,

artilleriya sistemləri - 1899 (+2) ədəd,

Reaktiv qurğular - 395 (+0) vahid,

hava hücumundan müdafiə sistemləri - 209 (+0) ədəd,

təyyarə - 278 (+0) ədəd,

helikopterlər - 261 (+0) ədəd,

PUA - 1555 (+0),

qanadlı raketlər - 531 (+0),

gəmilər / qayıqlar - 16 (+0) ədəd,

avtomobil avadanlığı və tankerləri - 4416 (+4) ədəd,

xüsusi avadanlıq - 163 (+0).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR