İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski futbol mütəxəsssisi Şevçenkonu müşavir təyin etdi

Ukrayna yığmasının sabiq futbolçusu və məşqçisi Andrey Şevçenko Ukrayna prezidenti Vladimir Zelenskinin ştatdankənar müşaviri təyin edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq fərman Prezidentin Aparatının rəsmi saytında yerləşdirilib.

“Andrey Nikolayeviç Şevçenko Ukrayna prezidentinin müşaviri təyin edilsin”, - Ukrayna prezidentinin mətbuat xidmətinin saytında deyilir.

Andrey Şevçenko 2016-2021-ci illərdə futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 52 oyun keçirib. Şevçenko həmçinin 2021-ci ilin noyabrından 2022-ci ilin yanvarına kimi İtaliyanın "Cenoa"sına rəhbərlik edib.

Şevçenko futbolçu karyerası ərzində "Dinamo" (Kiyev), "Çelsi" və "Milan" kimi klublarda çıxış edib.

O, İtaliya lubunun heyətində ən çox oyun keçirib - 322. Bu oyunlarda o, 175 qol vurub, 46 məhsuldar ötürmə edib, Çempionlar Liqasının qalibi olub

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR