İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski elektrik enerjisinin kəsilməsindən danışdı: Əvvəlki vəziyyətinə gətirmək mümükün deyil

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, elektrik enerjisinin bərpası və təminatı nəzarətdədir, lakin enerji sistemini əvvəlki vəziyyətinə gətirmək mümükün deyil.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti kəsintilərin ən çox hansı bölgələrdə baş verdiyini də bildirib. O, qeyd edib ki, ən çox kəsintilər Kiyev və ətrafında, Lvov vilayətində, Jitomir vilayətində, Xmelnitski, Poltava, Vinnitsa vilayətlərində və Zakarpatiyada baş verib.

"İndi enerji sistemini 100% Rusiya hücumları başlamazdan əvvəlki səviyyəyə qaytarmaq mümkün deyil. Bu, vaxt tələb edir. Enerji məsələsi hökumət səviyyəsində daim gündəmdədir. Mən enerji sisteminin sabitləşdirilməsi və elektrik stansiyalarımızın mühafizəsi ilə bağlı müşavirə keçirdim. Biz elektrik enerjisinin istehsalını və təchizatını daim artırırıq", - Zelenski deyib.

Zelenski insanların vəziyyətini yüngülləşdirmək üçün əlindən gələni edən energetiklərə, təmirçilərə, müəssisələrə, kommunal xidmət işçilərinə və yerli hakimiyyət orqanlarına minnətdarlığını bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR