İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil toqquşaraq alovlanan iki yük maşınının arasından keçdi - ANBAAN VİDEO

Rusiyada Tümen-Omsk avtomobil yolunda dəhşətli avtomobil qəzası baş verib.

İki yük maşını toqquşub və alovlanaraq yanmağa başlayıb.

Məlumata görə, yük maşınları toqquşduğu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basmağa fürsət tapmayıb, alov və tüstünü yararaq parçalanmış avtomobillərin arasından keçib. Hadisənin yayılmış görüntülərində yük maşınlarının toqquşmadan sonra necə alovlandığı əks olunub.

Omsk polisinin məlumatına görə, qəza nəticəsində xəsarət alan sürücülər xəstəxanaya yerləşdiriliblər.

Hadisənin başvermə səbəbləri aydınlaşdırılır./Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR