Onlayn ictimai-siyasi qəzet
Dağıstanın rəhbəri Sergey Melikov respublikanın regiondan olan senator Süleyman Kərimovu dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Musavat.com xəbər verir ki, məlumatı “Kommersant” nəşri yayıb.
Məlikov Dərbənddə parkın açılışı zamanı Çeçenistan rəhbəri Ramzan Kadırovun qan davası elan etdiyi senatordan danışıb: “Sadəcə xalqı üçün xeyirxah işlər görən bu insanın heyrətamiz təvazökarlığı... Dağıstan ona çətin anlarda, lazım olanda həmişə dəstək olacaq. Çünki gücümüz birlikdədir və parçalanma cəhdləri yalnız düşmənlərimizin əlinə işləyir”.
Qeyd edək ki, oktyabrın 9-da Ramzan Kadırov Wildberries-in ofisindəki atışmadan sonra Çeçenistanın təhlükəsizlik qüvvələri qarşısında çıxış edərək, ona qarşı sui-qəsd təşkil edildiyini bildirib. Kadırovun sözlərinə görə, “gündəlik zəmində bütöv xalqları bir-birinə qarşı qoymağın mümkün olduğuna inanan” hər kəs dərin səhv edir. O, Süleyman Kərimov, Rusiya Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Kurbanova da qan davası ilə bağlı xəbərdarlıq edib.
Ramzan Kadırovun bəyanatından sonra Rizvan Kurbanov videomüraciət yazıb və Çeçenistan rəhbərinə sui-qəsd hazırladığını inkar edib. O, həmçinin bildirib ki, Wildberries şirkəti ilə heç bir əlaqəsi yoxdur.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ