İnsanlara hürriyət, millətlərə istiqlal!

“The New York Times”: HƏMAS 2022-ci ilin payızında İsrailə hücum etmək istəyib

HƏMAS hərəkatı 2022-ci ilin payızında İsrailə hücum etmək istəyib, lakin İran və “Hizbullah” hərəkatının dəstəyini almaq istədiyi üçün planlarını təxirə salıb.

Bu barədə “The New York Times“ İsrail hərbçiləri tərəfindən ələ keçirilən HƏMAS rəhbərliyinin görüşlərinin protokollarına istinadən xəbər verib.

Nəşrin məlumatına görə, sənədlər yanvar ayında hərəkatın Xan Yunisdəki yeraltı komandanlıq mərkəzində tapılıb və orada HƏMAS rəhbərliyinin 10 görüşünün protokolları var. Protokollardan məlum olub ki, hərəkat 2021-ci ildən bəri qəsdən böyük qarşıdurmalara getməyib. Bunun səbəbi isə İsrail rəhbərliyinin sayıqlığını azaltmaq və daha sonra gözlənilməz addımın təsirindən faydalanmaq istəyi olub.

Bundan əlavə, qəzet iddia edib ki, HƏMAS İran rəsmilərindən, eləcə də “Hizbullah”dan hücum zamanı İsrail hədəflərini vurmağı xahiş edib. “The New York Times“ bildirib ki, İran hakimiyyəti və “Hizbullah” HƏMAS-ın planını prinsipcə dəstəkləyib, lakin hazırlıq üçün daha çox vaxt istəyib.

Nəşr həmçinin qeyd edib ki, İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına mane olmaq istəyi də HƏMAS-ın hücum qərarına təsir edib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR