İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ELAN ETDİ - Ukrayna 250 qırıcıdan ibarət donanma YARADIR

Ukrayna genişmiqyaslı döyüş aviasiyasının inkişaf proqramına start verib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, məqsəd “F-16”, “Gripen” və “Rafale” tipli qırıcılar da daxil olmaqla 250 müasir təyyarədən ibarət hava donanması formalaşdırmaqdır.

“Biz İsveç, Fransa və ABŞ ilə paralel danışıqlar aparırıq. Ümumi məqsəd 250 yeni təyyarədən ibarət donanma yaratmaqdır. Bu, bizim gələcəyimizdir”, - Zelenski oktyabrın 27-də jurnalistlərlə görüşündə deyib.

Dövlət başçısının sözlərinə görə, bu proqram Ukraynanın hərbi aviasiyasının modernləşdirilməsi üçün əsas mərhələ olacaq və ölkənin təhlükəsizliyinin uzunmüddətli təminatına xidmət edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR