İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Britaniyadadır- FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.

Məlumata görə, Zelenski Britaniyada ölkənin Baş naziri Rişi Sunak və burada təlim keçən ukraynalı hərbçilərlə görüşəcək.

Qeyd edək ki, bu, Ukraynada müharibə başlayandan bu günə qədər Zelenskinin xaricə ikinci səfəridir. Belə ki, o, ötən ilin dekabrında ABŞ-yə səfər etmişdi.

***

“The Independent”in məlumatına görə, Volodimir Zelenskinin təyyarəsi Londonda yerə enib.

Ukrayna liderini hava limanında Rişi Sunak qarşılayıb. Zelenski bu gün, həmçinin Böyük Britaniya kralı III Çarlzla da görüşəcək. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR