İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ağır kompromislərlə atəşkəsi təsdiqlədi

Ukrayna Xarici İşlər Nazirliyinin  sözçüsü Qriqori Tixiy Kiyevin qəbul etdiyi “ağır kompromislərin” danışıqlarda iştirak edən nümayəndələrin yorğunluğu ilə bağlı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, danışıqlar səkkiz saatdan çox davam edib.

“Son saatlarda, artıq yorğunluğun hiss olunduğu anda, çıxılmaz vəziyyətdən çıxış yolu və hətta ağır kompromislər tapmaq mümkün oldu. Bu anda iradə və xarakter gücünə dayanan tərəf qalib gəlir. Eyni zamanda emosiyalara nəzarət etmək də vacibdir. Görüşdən əvvəlki günlərdə bu, əsas vəzifə idi və hesab edirəm ki, biz bunun öhdəsindən gəldik”, — deyə Tixiy bildirib.

O qeyd edib ki, atəşkəs razılığına şəxsən Ukrayna prezidenti  Zelenski razılıq verib və danışıqlara məsafədən rəhbərlik edib.

Tixiy əlavə edib ki, Kiyev “müdrik çeviklik” nümayiş etdirib və bu, “son müsbət nəticəyə” nail olmağa imkan verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR