İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ağ Evdən “Tomahavk”sız çıxacaq – Tramp fikrini Putindən sonra dəyişdi

 Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ağ Evi “Tomahawk” raketləri olmadan tərk edəcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Rusiyaya təzyiqi artırmaq və Ukraynaya “Tomahawk” raketləri vermək barədə siqnal vermişdi. Lakin Putinlə keçirdiyi danışıqlardan sonra Trampın mövqeyi kəskin şəkildə dəyişib.

Agentlik yazır ki, Tramp artıq bu silahları Kiyevə ötürmək niyyətində deyil, baxmayaraq ki, Zelenski Vaşinqtona səfəri zamanı bu məsələnin müsbət həllinə ümid edirdi.

"Bloomberg" qeyd edir ki, Trampın Yaxın Şərqdəki diplomatik uğurları onu Ukrayna üzrə də bənzər “sülh təşəbbüsləri”nə həvəsləndirib. Lakin analitiklərin fikrincə, Rusiya lideri hələ də müharibənin bitməsinə maraq göstərmir, buna baxmayaraq Tramp danışıqlarda irəliləyiş əldə edəcəyinə inanır.

Siyasi müşahidəçilər bu qərarı Zelenski üçün ciddi diplomatik zərbə, Putin üçünsə taktiki qələbə kimi dəyərləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR