İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənə fərq etmir! Mən SVO-dayam”: “Veteran” ailəyə atəş açdı - VİDEO

Rusiyanın Kamçatka vilayətində özünü “xüsusi hərbi əməliyyatın iştirakçısı” kimi təqdim edən bir kişi ailəyə - azyaşlı uşaqla birlikdə olan valideynlərə atəş açıb.

Musavat.com Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə adi yol qalmaqalından başlayıb: sürücü qarşısındakı avtomobili qəsdən “sıxışdıraraq” qışqırıb — “Mənə fərq etmir! Mən SVO-dayam!”

Bundan sonra o, avtomobildən silah çıxararaq ailə başçısına atəş açıb.

Videogörüntülərdə kişinin yanında olan qadın onu belə müdafiə edir: “O, SVO-dadır, ona fərq etmir! Onlar ordudan qayıdıblar, onlara kömək lazımdır”.

Polisin məlumatına görə, istifadə edilən silah “soyuqlaşdırılmış” olub, lakin ekspertiza üçün götürülüb.

Rusiya sosial şəbəkələrində isə insanlar narahatlıqla yazırlar: “Bu müharibədən qayıdandan sonra bunlardan daha nə qədər olacaq?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR