Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp gələn ay Şimali Koreya lideri Kim Çen Inla görüş planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr yazır ki, görüş Trampın Asiya səfəri zamanı baş tuta bilər, lakin hələlik Vaşinqtonla Pxenyan arasında aktiv təmaslar və ya konkret plan yoxdur.
Mənbələr bildirir ki, Trampın impulsiv qərarları səbəbindən görüş qısa müddətdə təşkil oluna bilər.
Qeyd edək ki, Kim Çen In daha əvvəl Trampla dialoqa açıq olduğunu və onunla bağlı “yaxşı xatirələr” saxladığını bildirib.
Xatırladaq ki, Trampla Kim Çen In arasında son görüşlər 2019-cu ildə Sinqapurda, Vyetnamda və Koreya yarımadasındakı demilitarizasiya zonasındа keçirilib.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ