Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqda məhkəmə azərbaycanlı qardaşlar Səfərovların qətlindən sonra saxlanılan şəxslərin həbs müddətini uzadıb. Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti xəbər verir ki, onlar ən azı 29 dekabra qədərhəbsdə qalacaqlar.
Musavat.com xəbər verir ki, istintaq versiyasına görə, saxlanılan səkkiz nəfər Azərbaycan əsilli şəxs “Yekaterinburqda 20 ildən artıq fəaliyyət göstərən etnik cinayətkar qrupun üzvləri” hesab olunur.
Qrupun başçısı kimi Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski göstərilir. Onun oğlu Mutvalı Şıxlinski və daha bir neçə yaxın əməkdaşı da iş üzrə ittiham olunanlar sırasındadır. Onlara banditizmlə əlaqəli bir sıra cinayətlər, o cümlədən 2001-ci ildə iş adamı Yunus Paşayevin qətli və 2010-cu ildə Fəxruz Şirinova sui-qəsd epizodları üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, oktyabrın 10-da iki ölkə liderinin görüşündən sonra “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx ev dustaqlığına buraxılıb. Bu isə Rusiyanın hüquq sistemində azərbaycanlılara qarşı ayrı-seçkilik və ədalətsiz münasibət barədə suallar doğurub.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ