Onlayn ictimai-siyasi qəzet
Macarıstanın xarici işlər naziri Peter Siyarto Polşa məhkəməsinin “Şimal axını” qaz kəmərini partlatmaqda şübhəli bilinən ukraynalının Almaniyaya ekstradisiyasından imtina qərarını kəskin tənqid edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Siyyarto sosial mediada yazıb:
"Bu, hiddət doğurur. Polşanın mülahizəsinə görə, Avropada hansısa infrastruktur xoşa gəlmirsə, onu partlatmaq olar. Beləliklə, onlar Avropada terror hücumları üçün əvvəlcədən icazə veriblər. Polşa təkcə terrorçunu azad etmir, həm də ona əməlli-başlı hörmət edir - Avropanın qanunun aliliyi burada yerləşir".
Bir gün əvvəl Varşava rayon məhkəməsi “Şimal axını” qaz kəmərində partlayışda şübhəli bilinən Ukrayna vətəndaşı Vladimir Z.-nin Almaniyaya ekstradisiyasından imtina edib və onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ