Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla Oval kabinetdəki mübahisəyə baxmayaraq, iki ölkə arasındakı münasibətlərin bərpa edilə biləcəyinə inandığını bildirib.
Musavat.com xəbər verir ki, Londonda keçirilən Ukrayna sammitindən sonra jurnalistlərə açıqlama verən Zelenski, danışıqların qapalı mühitdə davam etdirilməsinin vacibliyini qeyd edib.
Bundan əlavə, o vurğulayıb ki, ABŞ-ın Ukraynaya yardımı dayandırması ehtimalı azdır, çünki Trampın Vladimir Putinə dəstək vermək niyyəti yoxdur.
Zelenski, potensial çətinliklərə hazır olduğunu və yeraltı minerallar mövzusunda ABŞ ilə müqavilə imzalamaq fikrindən vaz keçmədiyini bildirib.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ