İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan İrəvana KTMT xatırlatması

“Rusiya Ermənistanın KTMT-dəki fəaliyyətinin “dondurulmasına” təəssüflənir və ölkənin Aİİ-də fəal iştirakını alqışlayır”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Rusiyalı diplomat əlavə edib ki, onun üçün nəyin vacib olduğunu və ona nəyin lazım olduğunu müəyyən etmək dövlətin öz işidir.

“Lakin biz hesab edirik ki, KTMT təhlükəsizlik sferasında faydalı olduğu kimi, Aİİ iqtisadi sahədə də faydalıdır. Biz bu iki struktur çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyət üçün heç bir maneə görmürük”, - XİN sözçüsü bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR