İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova İrəvanın Bakı ilə fəal danışıqlar aparmasının deeskalasiyaya yol açacağından əmindir

Moskva əmindir ki, rəsmi Yerevanın Bakı ilə danışıqlarda fəal iştirakı tərəflər arasında “cari gərginliyin” azaldılmasına kömək edə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı mövcud gərginliyin azaldılmasına töhfə verəcək”, - o bildirib.

Zaxarova xatırladıb ki, Rusiyanın mövqeyi üçtərəfli razılaşmalara uyğun olaraq bütün öhdəliklərin ən yüksək səviyyədə yerinə yetirilməsindən irəli gəlir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR