İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sərhəddə elə bir şey etdi ki... - FOTO

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu dövlət bayrağı qaldırıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, əldə edilmiş görüntülərdə Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində səlibçi xaçları aydın görünür.

Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib.

Səlib (xaçlı) yürüşlərini simvolizə edən xaç elementini bayrağı üzərinə əlavə edib, Azərbaycanla sərhəddə qaldıran Ermənistanın hansı məqsədlər güddüyü bu addımından aydın görünür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR