Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçiləri rəsmi İrəvanı tələyə salıblar”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Onları Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları yerinə yetirməkdən çəkindirən Qərb təşkilatları, daha doğrusu, Aİ idi. Moskva-Bakı-İrəvanın razılaşmalarını həyata keçirməyə ehtiyac yoxdur, amma hər hansı bir xüsusi yolla getməyə dəyər”, - o bildirib.
Zaxarova onu da qeyd edib ki, Aİ Qarabağın erməni sakinlərinin Ermənistana getməsinə heç bir şəkildə kömək etməyib: “Rusiya sülhməramlıları atəşkəsin əldə olunmasında vasitəçi kimi çıxış ediblər. Aİ də bütün bunları kənardan sadəcə müşahidə edib”.//Report
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ