Onlayn ictimai-siyasi qəzet
Son zamanlar cəmiyyətdə maraqlı bir tendensiya müşahidə olunur. Belə ki, vətəndaşlar səhhətində problem yarandıqda, həkimə müraciət etmək əvəzinə suallarını "ChatGPT" kimi süni intellekt əsaslı rəqəmsal köməkçilərə ünvanlayırlar.
Sağlamlığımızı bu kimi vasitələrə etibar etmək nə dərəcədə doğrudur?
Musavat.com ATV-yə istinadən xəbər verir ki, Tibb elmləri doktoru Adil Qeybulla məsələ ilə bağlı bildirib ki, bəzi insanlar həkimə getməkdən çəkinərək, bu cür texnologiyalardan istifadə edirlər. Lakin bu yanaşma bəzən xəstəliyin vaxtında aşkarlanmasına mane olur və nəticədə daha ciddi problemlərə yol aça bilər.
Mütəxəssislər vətəndaşları diqqətli olmağa çağırır və tibbi suallarla bağlı yalnız ixtisaslı həkimlərə müraciət etməyi tövsiyə edirlər.
Ətraflı süjetdə:
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ