İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulin hələ də Ermənistana girişinə yasaq qoyulmasından özünə gələ bilməyib

“İkinci gündür mən belə bir təəssüratla yaşayıram: bütün “Ermənistan Respublikası Milli Assambleyasının xarici əlaqələr şöbəsinin müdiri” – Ermənistanın Ukraynadakı keçmiş səfiri mənim Ermənistan Respublikasına səfərimi “arzuolunmaz” hesab edib: “Təəssüf ki, “Sizin Ermənistan Respublikası ilə bağlı son ictimai bəyanatlarınız dövlətlərimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına ziyan vurur”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının erməniərəst deputatı Konstantin Zatulin öz telegram-kanalında yazıb.

“Nikol Paşinyan və onun tərəfdaşları məni o qədər də narahat etmir. Mən belə qənaətə gəldim ki, onların “son dövr” əməlləri həqiqətən də Ermənistanın Rusiyadan ayrılmasına gətirib çıxarır və əgər bu, baş verərsə, rus xalqı erməni xalqından qopacaq. Onlar artıq Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ ermənilərindən ayrılmasına gətirib çıxarıb. Ermənistan hakimiyyəti ilə münasibətlərdə artıq dönüş nöqtəsinə gəlib çatmadığımızı ancaq Putin bilir. Ola bilsin ki, oktyabrın 31-də Soçidə keçiriləcək görüş buna aydınlıq gətirəcək”,-deyə Zatulin qeyd edib.

“Ermənistanı və erməniləri sevmək üçün erməni olmaq lazım deyil!”,-ermənipərəst siyasətçinin statusunda bu cümlə də yer alıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR