İnsanlara hürriyət, millətlərə istiqlal!

Zarafat böyük biznes ideyasına çevrildi - FOTO

Türkiyənin Kahramanmaraş şəhərində suvenir məhsulları satan bir sahibkarın atasına zarafat üçün hazırladığı çay formasında şam onun əsas gəlir mənbəyinə çevrilib.

Musavat.com xəbər verir ki, Kurtuluş məhəlləsi "Demirciler Çarşısı"nda öz dükanında çay formasında şamlar satan Feyza Çayır, bu qeyri-adi məhsullara marağın çox böyük olduğunu bildirib.

Feyza Çayır atasına etdiyi bir zarafatdan sonra həyatının dəyişdiyini bildirib: "Bu gel şamları hazırlama ideyası atama etmək istədiyim bir zarafatdan irəli gəldi. Atam çay həvəskarıdır, o, demək olar ki, çaynik-çaynik çay içir. Mən də düşündüm ki, belə bir dizayn yarada bilərəm. İlk başda sadəcə atama zarafat etmək üçün hazırladım. Amma hazırda bu şamlar böyük maraq görür. Dükanımda çay stəkanına oxşayan şamı görəndə insanlar "çayınızı burada unutmusunuz" deyə zarafat edirlər. Görünüşü bəyənilir, hədiyyəlik olaraq alınır. Hazırda isə bu məhsul mənim dolanışıq vasitəmə çevrilib". 

Mənbə: https://www.ntv.com.tr/galeri/turkiye/babasina-saka-amacli-yapmisti-bir-anda-gecim-kaynagi-oldu,nMkGLDDXkkKrSOWAghVMpw/0WF4bQLZHUmBtq6ppW6sSQ

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR