İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada yeni doğulan körpə ÖLDÜ

Zaqatala yeni doğulan körpə ölümü baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinə müraciət edib. X.Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Körpə doğuşdan bir qədər sonra dünyasını dəyişib.

X.Didiyevanın yaxınlarının verdiyi məlumata görə, bu, X.Didiyevanın üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X.Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.

Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR