Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyanın Altay diyarında baş verən dəhşətli hadisə ölkə ictimaiyyətini sarsıdıb. Troitsk kəndində kənd diskotekasından sonra itkin düşən 18 yaşlı Valeriya Suxanova iki gün sonra çayda ölü halda tapılıb.
İstintaqın məlumatına görə, Valeriya həmin gün 37 yaşlı yerli sakinlə – Ukrayna müharibəsindən qayıtmış hərbçi ilə tanış olub. Özünü “Xüsusi Hərbi Əməliyyatın qəhrəmanı” kimi təqdim edən hərbçi qıza evə qədər müşayiət etməyi təklif edib. Lakin əvəzində onu çayın kənarına apararaq zorlayıb, döyüb və huşsuz vəziyyətdə suya atıb.
Kənd sakinləri dərhal şübhələri onun üzərinə yönəldiblər – Valeriyanı sağ görən sonuncu şəxs məhz həmin hərbçi olub. İstintaq zamanı da təsdiqlənib ki, onun əvvəllər məhkumluq həyatı da olub.
Valeriya aqrotexniki texnikumda təhsil alırdı. Bu ilin aprelində isə onun bir qızı dünyaya gəlmişdi.
Hadisə cəmiyyətdə böyük rezonans doğurub. Sosial şəbəkələrdə “xüsusi əməliyyat qəhrəmanı” adı altında müharibədən qayıdan şəxslərin törətdiyi cinayətlərin artması və onların cəzalandırılmaması ilə bağlı kəskin tənqidlər səslənir.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ