İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatala rayonunun müxtəlif kəndlərindən gələn sakinlərin bir istəyi

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Zaqatala rayonunda baş tutub.

Musavat.com xəbər verir ki, “Səyyar qəbul otağı”nda rayonun bəzi kəndlərinin qazlaşdırılması ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Görüş zamanı sakinlər tərəfindən Yuxarı Çardaxlar, Çobankol, Qımır, Bazar, Mamrux, Muğanlı və Gözbarax kəndlərinin mavi yanacaqla təchiz edilməsi istənilənilib. Səsləndirilən 18 müraciətdən biri fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi olub. Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR