İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaporojye yenidən raket atəşinə tutuldu


Oktyabrın 10-a keçən gecə rus qoşunları yenidən Zaporojjyaya raket zərbələri endirib.

Bu barədə Zaporojye vilayətinin rəhbəri Aleksandr Starux xəbər verib.

"Düşmən şəhəri qorxutmaqda davam edir. Təxminən 10-a yaxın raket atılıb. Nəticələr müəyyən edilir".

Xatırladaq ki, oktyabrın 9-da ruslar Zaporojyeyə 20-dən çox raket atıb. Rusiya şəhərə müvəqqəti zəbt olunmuş ərazilərdən - Melitopol və Berdyansk rayonlarından hücum edib.

Hücum nəticəsində doqquz mərtəbəli bina və beş fərdi yaşayış evi qismən dağılıb. İnfrastruktur obyektlərinə və 20 avtomobilə ziyan dəyib.

Son məlumata görə, 14 dinc sakin ölüb, 70-dən çoxu yaralanıb. (publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR