Onlayn ictimai-siyasi qəzet
Goldman Sachs Group Inc analitikləri Çinin 2024 və 2025-ci illər üçün ÜDM artımı proqnozlarını artıma doğru dəyişdiriblər.
Musavat.com bankın hesabatına istinadən xəbər verir ki, buna səbəb Pekinin ötən həftəsonu yeni iqtisadi dəstək tədbirlərini açıqlamasıdır.
Goldmanın yeni proqnozuna görə, Çinin ÜDM bu il 4,9 faiz, gələn il isə 4,7 faiz artacaq. Əvvəlki proqnoz müvafiq olaraq 4,7 faiz və 4,3 faiz idi.
Goldman ekspertləri Hui Shan və Lisheng Wang bildiriblər ki, "Çin stimulunun son raundu açıq şəkildə göstərir ki, ölkə hakimiyyəti dövri idarəetməyə keçib və iqtisadiyyata diqqət yetirir".
Qeyd edək ki, ötən həftə sonu Çinin maliyyə naziri Lan Foan bildirib ki, iqtisadiyyatı dəstəkləmək üçün yaxın gələcəkdə ölkədə əlavə fiskal siyasət tədbirləri paketi tətbiq olunacaq.
Paketə borc tavanının artırılması daxildir ki, bu da hökumətə stimulun maliyyələşdirilməsi üçün borclanmanı artırmağa imkan verəcək. Bundan əlavə, yerli hakimiyyət orqanları inşaatçılardan satılmamış daşınmaz əmlakı geri almağa vəsait toplamaq üçün xüsusi istiqrazlar buraxmaq imkanı əldə edəcəklər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ