Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu bazar ertəsi axşam bir kəndin altında Hizbullahın Rizvan bölməsinə aid 800 metr tuneldən ibarət yeraltı kompleksin aşkar edildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, burada yataq otağı və Hizbullahın Rezvan bölməsinin üzvləri üçün nəzərdə tutulmuş yaxşı təchiz olunmuş mətbəx var.
Onun sözlərinə görə, Rezvan üzvlərindən ibarət bir batalyon bu yerə gəldikdən sonra paltarlarını dəyişə, gözləyə və ya motosiklet və furqonlarla İsrailin müxtəlif bölgələrinə hücum edə bilərdi.
İsrail ordusunun sözçüsü bu yeraltı kompleksin yerini qeyd etməyib və yalnız onun ötən həftə Livanın cənubunun şərq hissəsində fəaliyyət göstərən qüvvələr tərəfindən ələ keçirildiyini bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ