İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov Türkiyədə keçirilən “Saha Expo" sərgisini ziyarət edib -FOTOLAR

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, general-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR", "TUALCOM" və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.

Qeyd edilib ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR