İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakaryandan Ermənistan-Rusiya münasibətləri ilə bağlı ŞOK AÇIQLAMALAR

“Paşinyan Ermənistanın gələcəyini düşünmədən, dövlətin maraqlarını sataraq özünün xırda xarici siyasət avantüraları arasında qalıb”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan tərəfindən səslənib.

Zakaryan Nikol Paşinyanın Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına münasibət bildirib.

“Onun üçün yalnız bir vacib vəzifə var - dağıdıcı kreslosunu mümkün qədər uzun müddət saxlamaq, çünki kreslonu itirsə, azadlığını və hər şeyini itirəcəyini başa düşür. Ona görə də dünən Nikol qəti şəkildə rusiyapərəst idi, sabah qətiyyətlə amerikapərəst olacaq, sonra Britaniya maraqlarının güclü müdafiəçisi olacaq, başqa vaxt qətiyyətlə Türkiyəyönlü olacaq və s. Bundan yalnız Türkiyə və Azərbaycan faydalanır”, - deyə Zakaryan qeyd edib.

Zakaryanın fikrincə, Ermənistan-Rusiya münasibətləri sıfır səviyyəsinə düşüb və Rusiya Federasiyası Ermənistan Respublikasının problemləri ilə qətiyyən maraqlanmır. Ermənistan Respublikasının təhlükəsizliyinin qarantı olan başqa bir dövlət də yoxdur.

Paşinyanın “Ermənistan Ermənistan Respublikasının suverenliyi sərhədləri daxilində Ermənistan ərazisindən dəhliz verməyə hazırdır” kimi növbəti bəyanatına münasibətdə Artak Zakaryan belə cavab verib:

“Heç bir halda buna yol vermək olmaz, bu ideya beynəlxalq münasibətlərdə məhv edilməli, Azərbaycan, Türkiyə və ya hər hansı digər ölkəyə, yəni Ermənistan ərazisində heç bir dəhlizdən danışmağa imkan verilməməlidir. Bizim üçün problemi ingilislər, amerikalılar, ruslar, türklər, farslar həll edir. Bu, Paşinyanın xarici siyasətinin nəticəsidir: onu təlxək kuklası kimi qəbul edib orada oturmağa məcbur edirlər, o, hansısa bəyanatlar verir, amma beynəlxalq münasibətlərdə onun dediklərinin qəpik qədər dəyəri yoxdur”.

Revanşist Zakaryanın sözlərinə görə, yeganə çıxış yolu Nikol Paşinyanın ortadan qaldırılmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR