İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc və onun seçki platformasındakı Azərbaycan möcüzəsi

Prezidentliyə namizədin portretinə ad günü ştrixləri

Bu yazıda qələmə aldığımız fikirlər sadəcə bir,eyni zamanda etibarlı mənbəyə - son beş ildə eyni kollektivdə, korporativ, birbaşa iş təcrübəsində bir qədər yaxından tanımaq imkanına istinad etməyə əsaslanır. Prezidentliyə üçüncü dəfə namizəd Zahid Orucun ictimai-siyasi portretinin məhz birgə fəaliyyət gedişində müşahidə etdiyimiz bəzi ştrixlərinə toxunuruq.

Azərbaycanda siyasət meydanında Zahid Oruc ismi kifayət qədər yaxşı tanışdır, millət vəkilli kimi fəaliyyəti siyasi uzunömürlük nümunəsi də sayıla bilər. 2001-ci ildə 29 yaşında böyük siyasi səhnəyə daxil olub və Milli Məclisin ən gənc deputatı seçilib.O vaxtda Bərdəlilərin etimadını qazanmaq istəyən başqa namizədlər rəqabətdə məğlub olub. Siyasətlə bağlı bir çox fəaliyyət üçün ideal keyfiyyətlərdən olan dürüstlük, ədalət,təvazökarlıq, ünsiyyətcillik, təmkin, sadiqlik, fədakarlıq — onu tanıyanlar,yaxın insanlar Zahid Orucu belə tanıyırlar.

Deputatlıq fəaliyyəti dövründə sosial şəbəkələrdə ən çox “Zahid Oruc spikerlə mübahisə etdi” məzmunlu xəbər başlıqların həmişəlik internet arxivlərində qalıb. Milli Məclisdə müzakirə edilən bütün məsələlərə öz baxışı, yaradıcı yanaşması ilə bağlı salnamə isə parlamentin stenoqramlarında həmişəlik həkk eidlib.

Prezidentliyə namizədlik — siyasətə qoşulan hər bir şəxsin siyasi karyerasının kulminasiya məqamı hesab edilir

WhatsApp Image 2024-02-01 at 10.09.31.jpeg (98 KB)

Zahid Oruc bu gün 52 yaşını prezidentliyə 3-cü dəfə namizəd kimi ölkə böyü seçicilərlə təbliğat-təşviqat kampaniyasında qeyd edir...Və 3-cü dəfə yalnız bərdəlilər deyil, bütün ölkə üzrə seçicilər onu yaxından tanımaq imkanı əldə edir..İştirak etdiyimiz görüşlərdən sonra zalları tərk etməyən, tribunanın önündə ürək sözlərini demək üçün növbə tutan, kimi şəxsən əl sıxmaq, kimi ona yazdığı şeri oxumaq, kimi də namizədin öz platformasından yenicə səsləndirdiyi Azərbaycan möcüzəsi, ədalətin Zəfər çaldığı Azərbaycan qurmaqla bağlı öz isti-təzəcə münasibətini bildirmək istəyir.

Hər kəsə alçatan namizəd bütün bölgələrdə ,kənd və qəsəbələrdə yüzlərlə seçicilərlə görüşlər keşirir. Seçki Platformasını təqdim edir. Xalqımızı “Qalib Gələəcəyə “HƏ!”-deməyə,4-cü Respublikanı,Azərbaycan möcüzəsini, yeni yüz ilimizi yaratmağa dəvət edir. Azərbaycanın ilk sırada qoşulduğu qlobal seçki marafonunda qarşıdakı 7 illik yeni era üçün dövlətimizin yeni quruculuq mərhələsini şəkilləndirmək, region və dünyada gedən proseslərlərdən ən uduşlu şəkildə çıxmaqla bağlı öz platformasını təqdim edir. Hər dəfə də görüşə gələnlərin reaksiyasını öyrnməyi çox vacib hesab edir.

Prezidentin “Xalqa xidmət” çağırışının qətiyyətli tərəfdarı, dəstəkçisi...

WhatsApp Image 2024-02-01 at 10.09.30 (1).jpeg (72 KB)

Hər kəslə bağlı danışanda məlum anlayışlar var: karyeranın zirvəsi, uğurun zirvəsi,taleyin-həyatın zirvəsi sayılacaq hadisələr..təqvimlər. Zahid Oruc üçün zirvələrə nail olmağın düsturu-Azərbaycana, dövlətinə,insanlara-həmvətənlərinə xidmət etmək ideyasınıu gerçəkləşdirməkdir. Bununla həm də ölkənin lider şəxsiyyətinə dəstək olursan.Vətənin maraqları,mənafeyi,Vətən ideyası onun üçün sadəcə ifadə, söz deyil, hər saat gördüyü işidir.

Siyasi uzunömürlüyünün bir səəbəbi də - haqqı sadəcə demək yox,kiçik olsun ya böyük, hər gün ünvanlanmış müraciətlərdəki seçicinin bir haqqını gerçəkləşdirməkdir.. “Düzünü demək” və “Zahid Oruc” sözləri şübhəsiz və mübaliğəsiz sinonimləşib.

Sadə bir ailədən olan, Göyçə boyda qəlbi, Azərbaycan boyda ürəyi olan adam..

Zahid Orucun uşaqlıq illəri insanları təbiəti qədər saf, havası qədər pak,dağları qədər məğrur,sərhəd kəndində böyüyən hər bir Azərbaycanlı qədər vətənsevər rayonda keçib.Orta məktəbdə zəkası,əzmkarlığı ilə seçilib, əlaçı qiymətlərlə bitirib. Gəncliyi fizika aləminin ecazkar qanunlarına yiyələnməklə davam edib, yenə də elmi yaradıcılığı ilə fərqlənən əlaçı tələbələr sırasında yer tutub. Bir gəncliyin ən arzu olunan nəslinin nümayəndəsi kimi-həddindən artıq zəhmətkeş, tarix pərəstişkarı, kitab vurğunu, gözlə görülməyən həqiqətləri duymağa açıq bəsirətli insan kimi həyat təcrübəsi keçib..

Adı taleyi, taleyi soyadı kimi adam...

 image_750x_657d809598b6b.jpg (71 KB)

Bir çox sahə adamlarının, ekspertlərin(psixoloq, astroloq, müxtəlif yaşam kouçları və s.) fikrincə, insanın həyatı bütünlüklə sirli AD parametrindən asılıdır. Geniş məlum olan deyimə görə, “Gəminin adını necə adlandırsan—o cür də üzəcək!”
Dünyaya gələn insana hansı ad verilməsindən onun təkcə gələcək, uğur və taleyi, təkcə şəxsi həyatı deyil, çoxsaylı digər amillər də asılı olur. Seçilmiş ad daşıyıcısının həyatında bu özünü hər şeydə- həyatında, karyerasında, uğurunda, şansından, şəxsi həyatında, əhatəsində, münasibətlərində, cəmiyyətldəki nüfuz və yerində- özünü göstərəcək.

Nəinki Şərq islam aləminin, dünya mənəvi-mədəni fəlsəfi-elmi irsinin ən zəngin sərvətlərindən olan sufilərin “kamil insan” təlimi, həyatı ilə assosiasiya olunan iki ən aparıcı ifadənin-“Zahid” və “Oruc” sözlərinin..birinin adı-digərinin soyadı olması.. Bənzərsiz insanlar-sufilərin təlimi: bu nə Spartalıların asketizmi, nə Romalıların şücaəti, nə alman burqerinin qənaətcilliyi olmayıb, daha ali/ülvi, daha uca kamillik meyarıdır....sufi gözütoxluğu, kamil nəfsinin toxluğudur. Ərəbcə bütün naqisliklərdən “təcrid olunma, zahidlik”- “çəkinmək” mənasını verən, peyğəmbərə ən yaxınlardan olan sufi mistisizmə aid keyfiyyət, sayıllır. Bəlkə bütün sirr bu ad-soyaddadır ki, Zahid Orucun adı onillərlə siyasi həyatda dürüstlük, təmizlik, şəffaflıq sinoniminə çevrilib..Ölkəmizdə xarici müdaxilənin yeni “çiçəklənən”sahəsi-maliyyə kəşfiyyatı belə Zahid Orucla bağlı hər hansı “sensasiya”tapa bilməyib,bilmir. Bərdəlilər-öz zəhmətkeş, savadlı, haqqı deyən təmsilçilərini buna görə gerçəkdən dəstəkləyir.

Namizəd portretinin digər cizgiləri ilə bağlı çox qısa daha nələri demək olar?

Proqnoz adam

WhatsApp Image 2024-02-01 at 10.10.04.jpeg (72 KB)

Zahid Orucun siyasi istedadı erkən aşkar edilib, partiya fəaliyyətinə dəvət edilib. Onun gücü doğrunu deməsində, tükənməz nikbinliyindədir. Siyasi qüvvələrin mübarizəsində, debatlarda xalq deyimi ilə çəkişib və bərkişib. Onillər əvvəl dedikləri indi də internetdə profetik-düzgün proqnoz kimi təsdiqini tapıb. Prezidentliyə namizədin ictimai- siyasi portretində bu baxımdan istər ölkə daxili aspektdə, istər geosiyasi və beynəlxalq münasibətlərlə bağlı təhlillərində: “Demişik-olub,deyirk-olacaq”kimi ifadə ediləcək Proqnoz Adam ştrixi diqqəti cəlb edir.

Nikbin, pozitiv, motivasiya adam - Lüğətində “mümkün olmayan” sözü yoxdur. Ən yaxşı mübarizə, rəqabət formulu uğur qazanmaqdır. Bu baxımdan Zahid Orucun portretində daha bir ştrix də: “Nikbin,Pozitiv Adam”-cizgisidir. Hər an onun misilsiz dövlət quruculuğuna heyranlığını bildirən: “görün prezidentimiz nələr yaradır...


Cildlərlə məqalə yazan, amma kitab çap etməyən adam...

Hər peşə sahəsində, o cümlədən millət vəkilləri arasında da kitab yazmaq kimi gərəkli ənənə var..Zahid Orucun yazdıqları ən azı 3-4 cildə sığar. “Yeni Müsavat”, “AzPolitika” və s. qəzetlərin rəhbərliyi öz arxivi ilə bunu asanlıqla sübut edər. Ancaq nədənsə Zahid Oruc kitab çap etməkdə maraqlı deyil.Sadəcə beyin mərkəzinə rəhbər təyin olunandan sonra saysız aktual mövzulara baxışını, gündəm və gələcək əhəmiyyətli mövzuları yazmağa vaxt tapa bilməməsindən gileylənməsini də yaxın əhatəsi bilməmiş deyil. İnsanlara, hadisələrə, personajlara, münasibətlərə fərqli bir baxış, fərqli bir dərinlik, fərqli bir daxili reaksiyası ilə həmişə özünəməxsus orijinal, təzə, gözlənilmədən yeni və bənzərsiz bir versiyaya sahibdir. Proseslərin təhlilinə marağının həddi-hüdudu yoxdur, Həmkarları parlamentdə taleyüklü məsələlərin müzakirəsi ilə bağlı çıxışlarda orijinal yaradıcı məhsuldarlığına heyrandır..

Tarix adamı

WhatsApp Image 2024-02-01 at 10.09.31 (1).jpeg (168 KB)

Zahid Oruc ictimai-siyasi olsun yaxud geosiyasi,beynəlxalq miqyaslı hər bir prosesin tarixdən analogiyasını həmən tapa, gələcəyə proyeksiya edə bilir, müqayisəli təhlil verməyə çalışır. Nitqi, lüğəti, natiq dili-metaforalarla zəngindir.. bəzən bir cümləsini bir neçə dəfə oxumaq lazım gəlir. Zəngin leksikası Azərbaycan dilinin ən dərin zənginliyini ifadə edir. Ədəbiyyat mütaliəsi,elmi irsimizi, alimlərimizə bələdçiliyi müqayisəyə gəlməzdir..

İnam adamı

Zahid Orucun insanlarla bağlı fikir deməsi, yeni kadrların cəlb edilməsi ilə bağlı müşahidələrimizin nəticəsi çox maralıdır. Onun insan potensialına yanaşma fəlsəfəsi: inam, ruhlandırmaq, motivasiya etmək fəlsəfəsidir. Bu məsələdə səbrinin hüdudu yoxdur. “Daha bir şans verək. Öyrədək.Oyrətməliyik.Gəncdirlər. Yetişdirmliyik!”- Azərbaycan gəncinə də,müxalifətinə də, minimum yanlış yapmaq, səhv etmək haqqını tanıyır..şans verir..Hər kəsin fitrətindəki istedadı aşkarlamağın çətin,ancaq gərəkli olduğuuna əmindir.

Haqq adamı

 maxresdefault (62).jpg (144 KB)

Heç kimə,heç bir sahədə status, peşə, vəzifə imtiyazları, səlahiyyətləri tanımayan, dürüstlük və haqq sözündən başqa “ nüfuz/sanbal” stereoitiplərini yaxın buraxmayan Zahid Oruc ücun bütün neqativlərlə- barışmazlıq, xalq önündə dürüstlük, tələbkarlıq, peşəkarlıq və ləyaqət meyarları var. Xalqına hədsiz ehtiram,işinə hədsiz sayğı, parlament və parlamentari/deputat missiyasını ən məsuliyyətli sahə kimi dərk etməsi elmi, intellekti ilə birləşir.

Parlament müzakirə mədəniyyətini inkişafı üçün bu qədər böyük işlər görmüş, qulaqlara nüfuz edən nitqi, sensasiya kimi səsi ilə parlaq Azərbaycan dilini bizə göstərən deputat- vətəndaş təvazökarlığının və şəxsi keyfiyyət meyarları hamımıza məlumdur.

Kommunikasiya,ünsiyyət Adamı Ən azı media sektoru Zahid Orucun nə qədər əlçatan siyasətçi olmasını təsdiq edə bilər.Telefonuna gələn hər bir zəngi şəxsən cavablandırması, geri dönüş etməsi-onun iş tərzinin başlıca xüsusiyyətidir.

Portret cizgilərinin hamısını sadalamaq mümkün deyil. Onları qısa sadalamaq istəsək:

“Sürət” adam. Zahid Oruc beyin mərkəzinə rəhbər təyin edilmədiyi çox əvvəlki vaxtlardan bütün problemləri, vətəndaş müraciətlərini “beyin hücumu- fikir sürəti”ilə həll etmək vərdişi olan insandır. Bunu bütün əhatəsi sübut edə bilər. Büroktatiyanın ayrılmaz xüsusiyyəti olan uzunçuluq,süründürməçilik onun üçün hər bir məmurda bağışlanmaz əməldir.

Lüğətində "şənbə-bazar, istirahət" sözü olmayan şəxs...

WhatsApp Image 2024-02-01 at 10.09.32.jpeg (83 KB)

İş, fəaliyyət anlamında Zahid Orucun lüğətində “nahar fasiləsi, istirahət günləri,işdən sonra və s. anlayışları nisbi xarakter daşıyır. Onunla birlikdə çalışmaq təcrübəsi olanlar bilir: iş rejimi, tapşırıqlar 24/7 rejimdə,şənbə-bazar,istirahət və bayram terminləri, vaxt ölçüləri olmadan təşkil edən, davamlı prosesdir.

Aforizm adam. Zahid Orucun bir çox fikirləri aforizm hesab edilə bilər. Onlardan bəzilərini yazılarından seçib təqdim edirik..

“Dövləti sevmədən ona xidmət etmək olmaz”,” Qarabağın işğaldan azad olunması ölkəmizin yeni müstəqillik,milli-azadlıq hərəkatı oldu.” “Xalqsız Cəbhə- gücsüzdür..”, “Korrupsioner məmur özünü milli ampluada saxlayan zirzəmi müxalifətinin ən yaxşı çörək ağacıdır...”, “Siyasi populizmlə kiminsə rəğbətini qazana bilməzsən. Əgər tənqid edirsənsə, real yollar göstərməlisən ki, hökumət nəyi səhv edir.”, ““Hərbi səngər kimi elm də səngərdir. Sabah dediyiniz texnologiyaları idarə edən insanlarımızda təfəkkür lazımdır, beyin lazımdır. Əgər istəyiriksə ki, elm tutumlu layihələr iqtisadiyyata tətbiq olunsun, gəlir gətirsin, onda biz öz alimlərimizi maliyyələşdirməliyik. O beyinlər xaricilər tərəfindən onsuz da alınır. Bu gün dünyada müharibələr alimlərin intellektual gücləri ilə aparılır.”

Şübhəsiz ki, bir yazıda Zahid Orucun kifayət qədər həcmli seçki platformasından geniş bəhs etmək mümkün deyil. Ancaq seçicilərə, bütün xalqımıza səslənişlərini ifadə etmək olar. SİTAT:

WhatsApp Image 2024-02-01 at 10.09.49.jpeg (82 KB)

• “Azərbaycan möcüzəsi” reallaşmağa qadirdir!Bizim hamımıza güclü Azərbaycan,güclü vətəndaş lazımdır!

• Müstəqil namizəd kimi, hər kəsi “müxalifət-iqtidar qütbləşməsinin” fövqündə, hər kəsi yeni mərhələdə-yeni ölkə quruculuğunda fəal iştirakçılığa dəvət edirik.Əminik ki, güclü ölkə-məhz güclü, fəal vətəndaşları ilə qurulur. Dünyada siyasi spektrin hər yerindən səsləri cəlb edən “3-cü tərəf/ yol” nümunəsi kifayət qədər rast gəlinən, əhalinin əhəmiyyətli hissəsinin qoşulduğu hərəkatlar və s.var.

• Yeni dünya nizamının formalaşması ilə eyni dövrə təsadüf edən yeni dövlət: 4-cü Respublika quruculuğu yönündə - fikir, düşüncə, ideyalara geniş meydan açıqdır.

• “Azərbaycan möcüzəsi”- ədalət prinsiplərinə əsaslanan yeni siyasi eranın inşa edilməsidir. Tarix və təcrübə təcrübə göstərir ki, inkişaf, rifah və iqtisadi uğur ədalətin hakim olduğu,hamının qanun qarşısında bərabərliyi və qanunun aliliyi ilə bilavasitə bağlıdır. Bu o deməkdir ki, Zəfərimizlə yanaşı, fundamental, ən başlıca dəyər-ədalətdir, insanların ədalət gözləntisi əsas dəyərə çevrilməlidir.

Qalib yüz ili-zəkalar,ideyalar yaradacaq! Məhz buna görə ən böyük sərvətimiz-insanımızdır.

Azərbaycan möcüzəsini Azərbaycan insanı yaradacaqdır!

Qalib Gələcəyə HƏ!

WhatsApp Image 2024-02-01 at 10.09.30.jpeg (201 KB)


Azərbaycan siyasətində öz dəst-xətti,dürüstlüyü, şəffaf fəaliyyəti ilə seçilən Zahid Orucu ad günü münasibəti ilə ürəkdən təbrik edirik!

Prezidentliyə namizədə, bütün xalqımıza ilk növbədə Seçki Platformasında irəli sürdüyü AZƏRBAYCAN MÖCÜZƏSİNİN gerçəkləşməsini arzu edirik!

Tahirə Allahyarova,
Professor

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR