İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 45 yaşlı kişi arvadını döyüb Türkiyəyə qaçdı, hava limanında yaxalandı

Bakıda kişi arvadını döyüb Türkiyəyə qaçıb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Elfaq Ağayevin (soyadı şərtidir) qızı ailəsində mübahisə olduğu üçün acıq edib və onun evinə gəlib. Elfaq həyat yoldaşı Gülnarəyə tapşırıb ki, onun icazəsi olmadan qızı həyat yoldaşının evinə qayıtmasın.

Bir neçə gün sonra Elfaqın kürəkəni Nurlan onlara gələrək, həyat yoldaşını götürüb evlərinə aparıb. Axşam işdən gələn Elfaq qızını evdə görməyib və həyat yoldaşından soruşub. Gülnarə bildirib ki, qızını Nurlan gəlib evlərinə aparıb. Hadisədən əsəbiləşən Elfaq evin qapısına yumruq vurub və Gülnarə ilə mübahisə edib. Mübahisə nəticəsində Elfaq Gülnarəni döyüb, televizorun pultunu onun başına vurub. Daha sonra o, evdən çıxaraq qeydiyyatda olduğu Gədəbəy rayonuna, oradan isə Türkiyəyə gedib.

Hadisə barədə Gülnarə polisə məlumat verib.

Faktla bağlı cinayət işi başlanıb. Elfaq polisə dəvət edilsə də, o, istintaqdan yayınıb. Nəticədə E.Ağayev barədə axtarış elan olunub.

Bir müddət sonra Türkiyədən Azərbaycana qayıdan Elfaq hava limanında yaxalanıb və istintaqa cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Ağayevə 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR