Onlayn ictimai-siyasi qəzet
Almaniyada Ukraynaya qoşun göndərilməsi məsələsi geniş müzakirələrə səbəb olub və ciddi tənqid hədəfinə çevrilib.
Musavat.com xəbər verir ki, Reuters-in yaydığı məlumata görə, kansler Fridrix Mers bəyan edib ki, Berlin potensial sülhməramlı missiyada iştirak variantını nəzərdən keçirə bilər. Onun sözlərinə görə, bu məsələ Avropa tərəfdaşları və hakim koalisiya ilə razılaşdırılmalıdır.
Mers əlavə edib ki, Bundesverin (Almaniya ordusu) başqa ölkəyə yerləşdirilməsi ehtimalı yalnız Bundestaqın mandatı ilə mümkün olacaq.
Nəşr qeyd edir ki, belə bir addım hələ ikinci dəfə təsdiqlənmiş kansler üçün ciddi siyasi sınaq sayılacaq.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ