Onlayn ictimai-siyasi qəzet
Ermənistanda revanşist “Müqəddəs Mübarizə” adlı hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan və digərlərinin işi üzrə keçirilən məhkəmə iclasını əksər vəkillər boykot edib və məhkəməyə gəlməyiblər.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İclasın əvvəlində hakim Karen Farxoyan proses iştirakçılarından yaranmış vəziyyətə münasibət bildirmələrini istəyib.
İttiham tərəfi vəkillərin əsassız səbəb olmadan məhkəməyə gəlməməsini qəbuledilməz hesab etdiyini bildirib. Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri məsələsi vəkillərin iştirakı olmadan da müzakirə oluna bilər.
Buna cavab olaraq təqsirləndirilənlər bunun onların hüquqlarının pozulması olduğunu bəyan ediblər.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ