Onlayn ictimai-siyasi qəzet
Rusiyada yeni dərs ilinə hazırlıq çərçivəsində məktəblərdə “Təhlükəsizlik və Vətənin müdafiəsi əsasları” adlı dərs keçiriləcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin dərs üçün avadanlıqlar və xidmətlər (o cümlədən müəllimlərin əlavə hazırlığı) alınır. Alışlar 2024-cü ilin aprelində başlayıb və bu günə qədər ölkə üzrə müqavilələrin ümumi məbləği 2 milyard rublu keçib.
Ən çox vəsait işğal altındakı Krımda xərclənib – 134 milyon rubl. Burada mərkəzləşdirilmiş alış Təhsil Nazirliyi tərəfindən aparılıb, halbuki digər bölgələrdə bu işlərlə, əsasən, məktəblərin özləri məşğul olur. Yarımadada 537 məktəb fəaliyyət göstərir – yəni hər birinə təqribən 250 min rubl düşür (bu da Krımda müəllimin orta illik maaşına bərabərdir).
Ən çox alınan avadanlıq qranat maketləri olub – bu mövqe alışlarda 700-dən çox dəfə qeyd olunub (hər mövqeyə bir neçə və ya onlarla maket daxil ola bilər). İkinci yerdə – silah maketləri (təqribən 480 mövqe). Sonrakı yerlərdə – yaralanma imitatorları və manekenlər (təxminən 350 mövqe).
Ən bahalı avadanlıq PUA-lar üçün tədris kompleksləri və trenajorlar olub. Onların qiyməti adətən bir neçə yüz min rubldan başlayır. Rekord alış Sankt-Peterburqdakı 777 nömrəli mühəndis-texnologiya məktəbi tərəfindən edilib – burada belə bir kompleks 1,7 milyon rubla alınıb. Qranat maketləri orta hesabla 1,5–2 min rubla, silah maketləri 30–60 min rubla, yara imitatorları 15–30 min rubla, manekenlər isə 60–100 min rubla başa gəlib.
Ən böyük təchizatçı yeni fənn üçün dərsliklər buraxan “Prosveşeniye” nəşriyyatı olub. Onunla bağlanmış müqavilələrin ümumi dəyəri 15 milyon rubldan çoxdur.
Uşaqlara hərbi biliklərin zorla aşılanmasının onların psixikasına mənfi təsir göstərə biləcəyi barədə uşaq psixoloqları xəbərdarlıq edirlər. “Verstka”nın sorğu apardığı mütəxəssislərin sözlərinə görə, xüsusilə ailələrində müharibə və onunla bağlı hər şey qəbul edilməyən uşaqlar üçün bu, psixoloji təzyiq yarada bilər.
Musavat.com
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ